Fotosessiya
Fotosessiya

Özündən sonra onun kraliça olmağını istəyir

Özündən sonra onun kraliça olmağını istəyir

İngiltərə kraliçası ikinci Elizabet taxta çıxmasının 70 illiyi ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, o, həm də Şahzadə Çarlzın xanımı Kamilladan da danışıb. Elizabet deyib ki, şahzadə taxta çıxdığı zaman Kamillanın “kraliça” titulunu daşımasını istəyir. 

Bununla yanaşı, kraliça 70 ildir xalqın göstərdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. 

Qeyd edək ki, Şahzadə Çarlz Ledi Diana ilə 1981-ci ildə ailə qurmuşdu. Onlar 1996-cı ildə boşanmışdılar. Bundan bir il sonra sevgilisi ilə tətildə olan Diana Parisdə avtomobil qəzasında dünyasını dəyişmişdi. Şahzadə isə Diananın “Biz bu evlilikdə üç nəfər idik” deyib nəzərdə tutduğu üçüncü şəxs Kamilla Parker Boulz ilə 2005-də evləndi.