İstanbulda aparılan narkotik əməliyyatı çərçivəsində qan və saç analizlərində narkotik maddə istifadə etdiyi təsbit edilən Dilan Polat ilə bağlı şok bir iddia irəli sürülüb.

OLAY yazır ki, Dilan Polatın intihar etmək istədiyi iddia olunur. Bildirilir ki, o, Fatih Sultan Mehmet Körpüsünün məhəccərlərinə çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn polis qüvvələri və həyat yoldaşı Engin Polatın müdaxiləsi ilə son anda fikrindən daşınıb və körpüdən endirilib.

Rəsmi qurumlardan hələlik bu iddiaya dair təsdiqlənmiş açıqlama verilməyib. Mövzu ilə bağlı araşdırmalar davam edir.

Dilan Polat körpüdən özünü atmaq istəyib - İddia