Cek Luvden və Emma Korrin Netflix platforması üçün çəkilən yeni “Qürur və Qərəz” (“Pride and Prejudice”) filmində rol alırlar.
OLAY yazır ki, ingilis yazıçı Cen Austenin 1813-cü ildə yazdığı və dünya ədəbiyyatının şah əsərlərindən biri hesab olunan bu romanın yeni ekran versiyasında Luvden cənab Fitzuilliam Darsi, Korrin isə Elizabet Bennet obrazını canlandırır.
Çəkilişlər hal-hazırda Böyük Britaniyada davam edir.



