“Dünən bizdə idi, 11-ə kimi bizdə olub. Dedi, sizin üçün darıxdım”.

Bu sözləri OLAY-a bu gün vəfat edən Xalq artisti Roza Cəlilovanın nəvəsi Lalə Aslanur deyib.

O, nənəsini sonuncu dəfə dünən gördüyünü bildirib:

“İndi evinə gedirəm, çox güman ki, vida Filarmoniyada olar. Nazirliklə də danışacağıq, özüm görmədən heç nə deyə bilmirəm. Bu səhər mənə zəng etdilər, hardasa saat 10 idi. Dedilər, belə xəbərlər paylaşılıb, dedim, ola bilməz, dünən bizdə idi. Axı çox vaxt olur, yalan xəbərlər yayılır. Evinə yığdım telefonu götürən olmadı, indi ora gedirəm”.