Xalq artisti Röya Ayxanın illər öncə yardım etdiyi şəhid anası Əsmər Cəfərova dünyasını dəyişib.
Bu barədə OLAY-a məlumat verilib. Əsmər nənə 83 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, Ə. Cəfərova Qazaxın Quşçu Ayrım kəndinin sakini idi. 2019-cü ildə nənənin videosunu bloger Tural Yusifli işıqlandırmışdı. O, bu video vasitəsilə evinin təmirsizliyinə diqqəti çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi. Bundan sonra Xalq artisti Qazaxda nənə ilə görüşmüş və ona yeni ev tikdirmişdi.