Türk aktrisalar Hazal Kaya və Melisa Döngel arasında baş verən “yer mübarizəsi” türk mediasında gündəm olub.
OLAY yazır ki, “Sekizinci aile” filminin ötən gün baş tutan qala gecəsində Hazal Kaya və Melisa Döngel arasında diqqət çəkən bir an yaşanıb. Qırmızı xalçada foto çəkilişi zamanı Hazal Kaya irəli addım ataraq Haluk Bilginerin yanına keçmək istəyərkən Melisa onun belindən tutaraq istiqamətini dəyişdirib və Hazalın onun önünə keçməyinə icazə verməyib. Həmin görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq gündəm olub.