Türkiyəli müğənni Zeynep Bastıkın yeni eşqə başladığı iddia olunub.
OLAY yazır ki, bu barədə “Magazin D” məlumat yayıb. İddiaya görə, Bastık “Survivor 2016” ikincisi, son olaraq “Sandık kokusu” serialının heyətinə daxil olan Serkay Tütüncü ilə eşq yaşayır.
Onların ilk dəfə “Chaplin” tamaşasının premyerasında birlikdə görüldüyü bildirilib.
Qeyd edək ki, Zeynep 2021-2022-ci illərdə meneceri Tolqa Akış ilə evli olub.