Bir müddət öncə beyin damarlarında yaranan problemlə əlaqəli xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Kadir İnanır evə buraxılıb.
OLAY yazır ki, o, xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
Yaxşı olduğunu söyləyən İnanır, onunla maraqlanan bütün tibb işçilərinə də təşəkkür edib.
Qeyd edək ki, sənətçinin beyin damarlarında laxtalanma olub.