Tanınmış müğənni Vlada Axundova qəzada vəfat edib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, o ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında yolu keçərkən “Hyundai Elentra” markalı maşın onu vurub. Müğənni faciəvi şəkildə vəfat edib.
O bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak etmişdi.
 
                                                         
                                                     
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                