Türk arabesk müğənnisi Güllünün ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib.
OLAY yazır ki, sənətçinin səhnəyə çıxdığı məkanın sahibi Ferdi Aydın Güllünü qızı Tuğyanın öldürdüyünü, bununla bağlı yazışmalarının olduğunu deyərək prokurorluğa müraciət etmişdi.
İfadəyə çağırılan Tuğyan mesajların özünə aid olduuğunu etiraf edib. Lakin bunları anasına əsəbi olduğu vaxtlarda yazdığını və anasını öldürmədiyini bildirib.