Kim Kardaşyanın amerikalıların 1969-cu ildə Aya enməsini yalan adlandırması müzakirələrə səbəb olub.
OLAY yazır ki, NASA-nın icraçı rəhbəri Şon Daffi, “Kardashian ailəsi” (“The Kardashians”) şousunun yeni bölümündə Kim Kardashianın dediklərinə cavab vermək məcburiyyətində qalıb. Aktrisa Sara Polsonla söhbət zamanı Kim 1969-cu ildə amerikalıların Aya enmədiyinə inanmadığını bildirib.
Kardashian iddiasını guya astronavt Bazz Oldrinin “Aya enmə olmamışdı” sözlərini sitat gətirən bir yazıya əsaslandırıb. Bu bəyanat NASA tərəfindən dərhal təkzib olunub.
Şon Daffi sosial şəbəkə X (keçmiş Twitter) hesabında yazıb:
“Bəli, Kim Kardaşyan, biz artıq Ayda olmuşuq… Altı dəfə!”
O, həmçinin qeyd edib ki, “Artemis” Ay tədqiqat proqramı ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yenidən başladılıb və bu proqramın məqsədi Amerikanın kosmik yarışda lider mövqeyini bərpa etməkdir.
Xatırladaq ki, insan tarixində ilk Aya eniş 20 iyul 1969-cu ildə baş tutub — Neil Armstrong və Bazz Oldrin “Apollo-11” missiyası çərçivəsində Ay səthinə qədəm qoyan ilk insanlar olublar.
Sonradan yaranan konspirasiya nəzəriyyələri bu hadisənin guya səhnələşdirilmiş olduğunu iddia edirdi. Bu versiyalar Bill Kaysinqin “Biz heç vaxt Ayda olmamışıq” (1976) kitabı ilə məşhurlaşdı. “Ay saxtakarlığı” tərəfdarları fotolarda bayrağın yellənməsi, ulduzların görünməməsi və kölgələrin qəribə istiqamətdə düşməsi kimi detallara istinad edirdilər.
Lakin tanınmış astrofizik Nil Degrass Tayson dəfələrlə bu iddiaları rədd edib və bildirib ki, Aya enişi saxtalaşdırmaq, həqiqətən oraya getməkdən daha çətin olardı.
 
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                