61 yaşlı aktyor Bred Pitt sosial şəbəkələrdə gündəm olub. Paparatsiyalar onu “Red Hot Chili Peppers” qrupunun basçısı Fli ilə birlikdə voleybol oyununda çəkiblər.

OLAY yazır ki, Daily Mailin oxucularının təsvirinə görə, aktyor baxımsız bığları, dağınıq saçları və qızarmış üzü ilə diqqət çəkib.

Tabloidin istinad etdiyi şahidlər bildiriblər ki, Pitt demək olar ki, tanınmaz vəziyyətdə olub və “heç bir kinoulduzu kimi görünməyib”. Sosial şəbəkə istifadəçiləri onun dərinin vəziyyətini də müzakirə ediblər — bəziləri güclü günəş yanığı olduğunu, digərləri isə spirtə qayıdış ehtimalını irəli sürüblər, baxmayaraq ki, aktyorun 10 ildən çoxdur içki içmədiyi məlumdur.

Qeyd edək ki, Pittin oyunda görünməsi, 32 yaşlı İnes de Ramonla birlikdə yaşamağa başladığı xəbərləri ilə eyni vaxta təsadüf edib. Cütlük 2022-ci ildən münasibətdədir. Mənbələr bildirirlər ki, onlar “indiyə qədər heç bu qədər xoşbəxt olmayıblar” və aktyor Ancelina Coli ilə qalmaqallı boşanmasından sonra arzuladığı ailə rahatlığını məhz İneslə tapıb.

Pərəstişkarlar Bred Pittin son görünüşündən narahat olublar Pərəstişkarlar Bred Pittin son görünüşündən narahat olublar