ABŞ-nin hüquq-mühafizə orqanları dünya şöhrətli Hollivud aktyoru Robert De Nironun nəvəsi Leonardonun güclü narkotik dozadan ölməsi ilə bağlı beş şübhəlinin saxlanıldığını bildirib.

Həbslər narkotik maddələrin geniş miqyasda satışının araşdırılması ilə bağlıdır.

OLAY yazır ki, istintaqın məlumatına görə, həbs edilənlər həbləri saxta reseptlərlə yayan cinayətkar qrupun üzvləridirlər. Bu dərmanların tərkibində güclü sintetik opioid fentanil olub ki, bu da orqanizm üçün çox təhlükəlidir.

Məhkəmə müəyyən edib ki, məhz bu şəbəkə tərəfindən tədarük edilən narkotik maddələr üç gəncin, o cümlədən 19 yaşlı Leonardo De Nironun və "Blondie" qrupunun həmtəsisçisi Kris Steynin qızı Akira Steynin ölümlərinə səbəb olub.

Xatırladaq ki, Leonardo De Niro ötən ilin iyul ayında həyatını itirib. Kris Steynin qızı da təxminən eyni dövrdə güclü dozadan ölüb.

Robert De Nironun nəvəsinin ölümündə şübhəli bilinənlər saxlanıldı