ABŞ-li reper və prodüser P.Diddi (əsl adı Şon Kombs) təhlükəsizlik səviyyəsi daha aşağı olan həbsxanaya köçürülüb.
OLAY yazır ki, reper Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasına köçürülüb. Diddi cəzasının qalan hissəsini orada çəkəcək. Qeyd edilir ki, bu, daha aşağı təhlükəsizlik səviyyəsindəki müəssisədir, lakin orada narkotik asılılığından müalicə proqramı mövcuddur.
Xatırladaq ki, musiqiçi 2024-cü ilin sentyabr ayında zorakılıq və insan alveri ittihamları ilə həbs edilib. Bu ilin iyul ayında məhkəmə P.Diddini 4 il 2 ay həbs cəzasına məhkum edib. Lakin dünya mediasında yayılan xəbərlərə görə reper gözlənilən vaxtdan daha tez azadlığa çıxa bilər. O qadağan olunmuş maddələr asılılığından müalicə proqramında iştirak edə bilər və proqramı uğurla başa çatdıracağı təqdirdə, cəza müddəti bir il azaldıla bilər.
 
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                