Türkiyənin pop ulduzu Mustafa Sandalın Bakıda toyda iştirak üçün istədiyi məbləğ üzə çıxıb.

OLAY yazır ki, bu barədə “Öz aramızda” verilişində müğənni Kərim Abasov danışıb. O iddia edib ki, M. Sandal 11 saatlıq çıxış üçün 170 min dollar tələb edir:

“Bu yaxınlarda bir toy sifarişi gördüm, Mustafa Sandaldan, Qazaxıstanın-Özbəkistanın Xalq artistlərindən tutmuş bizim sənətçilərə qədər var... Mustafa Sandalın Bakıda toyda 1 saatlıq çıxışı 170 min dollardır. Rusiyadan da müğənniləri gördüm, toyda yarım milyon təkcə müğənnilərin qiyməti idi”.