Avroviziya təmsilçimiz Samirə Əfəndi Astanada keçirilən beynəlxalq müsabiqədə erməni iştirakçıya yüksək xal verdiyi üçün tənqid olunmasına münasibət bildirib.
OLAY yazır ki, Samirə bu barədə “Tarixin bir günü” verilişində danışıb.
O öz düşüncələrini bu sözlərlə ifadə edib:
“Qazi qızı və general nəvəsi olduğum üçün, bu ölkənin vətəndaşı olduğum üçün sözsüz ki, mən tarixi unutmaram, unutdurmaram heç bir zaman. Gələcəyimiz bizim əlimizdədir. Cənab Prizidentimizin qurduğu sülh siyasətinin arxasıyla getməyə çalışıram və onu da dəstəkləyirəm. Finala qədər həmin iştirakçını çox kəsmişəm. 8 bal da vermişəm, 10 da vermişəm. Elə olub hamı 12 verib, mən 10 vermişəm. Sadəcə finalda Azərbaycan iştirakçısı olmadığına görə mənim üçün xalların və kimin qalib gələcəyinin önəmi olmadığına görə bütün iştirakçılara 12 xal vermişəm, həmçinin erməni iştirakçısına. Söhbət musiqidən, təhsildən, texnikadan gedirsə, həmin iştirakçı çox gözəl texnikaya malikdir, çox gözəl ifa edir. Orada Azərbaycanın münsif heyəti kimi əyləşmişəmsə Azərbaycandan sənə səs verirəm deməyim yalnış deyil. Peşman deyiləm hərəkətimdən. O insanın haqqına dəfələrlə girdim. Amma finalda layiq idi. Mən musiqiçi kimi baxıram. Siyasətçi deyiləm, düşmənçilik edəm. Mən ona 8 xal verəndə dedi mən bilirəm siz bunu niyə edirsiz, amma lazım deyil, siz mənim gələcək kariyerama xələl yetirə bilərsiniz”.