Avroviziya təmsilçimiz Səmra Rəhimli efirlərdən uzaqlaşmasından danışıb.

OLAY yazır ki, Səmra bu barədə jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb. O deyib ki, verilişlər mövzusunda seçicidir:

“Efirdən uzaq gəzməyimin səbəbi budur ki... Düşünürəm, artist öz işləri ilə müzakirə olunmalıdır, efirə çıxırsa, işlərindən yaradıcılığından danışmalıdır. Efirə çıxıb qeybət etmək, kiminsə haqqında danışmaq, başqa qalmaqala münasibət bildirmək istəmirəm. Hərdən olur, bilmirəm, söhbət nədən gedir, onu elə sual verirlər ki, sən cavab vermiş kimi çıxırsan. Efir üçün seçici davranıram, söhbət edə biləcəyim platforma olmalıdır. Yaxşı verilişlər, yaxşı aparıcılar var. Amma elə proqramlar və aparıcılar var ki, onunla dünya görüşümüz, danışacağımız mövzu üst-üstə düşmür, toqquşmur. Nədən söhbət edək?”.