Dünyaca məşhur pianist Emil Reinert(Emilio piano) azərbaycanlı uşaq influenser Nəfəs Hüseynova(Neafeas) ilə paylaşım edib.
OLAY yazır ki, o Bakıda piano ifa edərkən Nəfəs ona yaxınlaşaraq “Pretty Little Baby” mahnısını səsləndirməsini istəyir və həmin mahnını oxumağa başlayır. Həm pianist, həm də ətrafda toplaşan tamaşaçılar Nəfəsin səsinə və ifasına təəccüblənib.
Emil həmin görüntüləri şəxsi instaqram hesabında paylaşıb. Paylaşım qısa zamanda yarım milyona yaxın “like” toplayıb.