Müğənni Elçin Cəfərovla Avroviziya qalibimiz Nigar Camal arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Nigarın bir müddət öncə “Afaqla 10lar” verilişində Elçinin səsini tanımaması olub. Elçin Nigarın bu addımına qarşılıq olaraq eyni verilişdə bunları söyləyib:

“Səsini tanıdım, amma axırıncı dəfə olsun. Verilişə baxmışdım. İnsandır səs tanımaya bilər. Adı ki... Bir-birimizin adını eşitmişik. Mahnısını da eşitməmişəm. Neçə dəfə tədbirdə qarşılaşmışıq. Yaxın tanışlarımız var ki, ikimizlə də çalışıb. Müğənnilərdə arada belə şeylər olur: ya tanımır, ya da tanımağı özünə sığışdırmır. Estrada müğənnisi "bayağı mahnı" oxuyanı tanımaq istəmədiyi üçün deyir. Qeyri-səmimidir. Xoşuma gəlmədi. Səbəbini özü desin”.