Olay
Olay

“Ailə qalmağa davam edəcəyik” - Boşanacağını təsdiqlədi

“Ailə qalmağa davam edəcəyik” - Boşanacağını təsdiqlədi

Zeynep Bastık və menecer həyat yoldaşı Tolqa Akış boşanmaqları barədə xəbərləri təsdiqləyib.

OLAY yazır ki, onlar bu barədə sosial media hesabında yazaraq bir-birilərini çox sevdiklərini yazıblar:

“Xəbər doğrudur, lakin Zeynep mənim sevgilim və ya həyat yoldaşım deyil, ailəmdir. Evlilik işini bacara bilmədik, amma birlikdə bacardığımız çox şey var. Onları etməyə və bir-birimizin başına bəla olmağa davam edəcəyik. Səni çox sevirəm, Zeyno!”, - deyə, Tolqa yazıb.

HƏMÇİNİN BAX: KEÇMİŞ ƏRİ BRİTNİNİN TOYUNU DAĞITMAQ İSTƏDİ

Müğənni isə həyat yoldaşı barədə fikirlərini belə ifadə edib:

“Tolqa mənim üçün bir sevgilidən və həyat yoldaşından ötə oldu. Ona görə də bu evliliyi sonlandırma qərarını alarkən çox dramatikləşdirmədik. Çünki bilirik ki, 4 il boyunca bizə əsla narahatlıq verməyən sonsuz sevgimiz, bir-birimizə duyduğumuz güvən ən başda gəlir, elə olmağa da davam edəcək. Qurduğumuz bütün xəyalları gerçəkləşdirmək üçün çalışmağa və ailə qalmağa davam edəcəyik. Qısası, bir-birimizin həyatından çıxmır, sadəcə forma dəyişdiririk. Və bir-birimizi çox sevirik!”.