İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində, “narkotik və ya psixotrop maddə istifadə etmək” ittihamı ilə barələrində araşdırma başlanan bir sıra məşhur şəxslər bu səhər əməliyyatla ifadə vermək üçün saxlanılıb.
OLAY yazır ki, ifadə verən tanınmış adlar bunlardır:
Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat, Metin Akdülger və Ceren Moray.
Hazırda bu şəxslərin hamısı ifadələrini verdikdən sonra sərbəst buraxılıb.
İstintaq isə İstanbul Cumhuriyyət Baş Prokurorluğunun nəzarəti altında davam etdirilir.