“Narkotik və ya qadağan olunmuş maddələrin təşviqi” iddiası ilə ifadəsi alınan Hadise istintaq sonrası ilk dəfə Ankarada konsert verib.
OLAY yazır ki, səhnədə emosional çıxış edən sənətçi, bu sözlərlə yaşadıqlarından danışıb::
“Səhər saat 06:30-da qapımı döydülər, “jandarma gəldi” dedilər. Bu mənə çox ağır gəldi, çox incitdi. Mən siqaret belə çəkmirəm...”.
Müğənni bu açıqlaması ilə özünü müdafiə edərək, haqqında yayılan iddiaların əsassız olduğunu bildirib. Konsert zamanı tamaşaçılar ona dəstək alqışları ilə cavab veriblər.