Dünyaca məşhur müğənni Britni Spirsin toyunda qalmaqal yaşanıb.
OLAY yazır ki, Sem Asqari ilə evlənən pop ulduzun keçmiş həyat yoldaşı toya basqın edib.
Ceyson Aleksandor məclisin keçirildiyi məkana gələrək dəvət olunan qonaq olduğunu bildirib. O, sosial şəbəkədə canlı açaraq birbaşa məclisə daxil olub. Daha sonra Ceyson mühafizəçilər tərəfindən saxlanılıb, əraziyə polis əməkdaşları çağırılıb.
Şöbəyə aparılan Aleksandor ifadəsində bildirib: “O, mənim ilk xanımımdır. Tək olaraq qalacaq. Ora toyu dayandırmaq üçün gəldim”.
Qeyd edək ki, Britni ilə Ceyson 2004-cü ildə ildə ailə qurub, 55 saat sonra boşanıb.