Gənc ifaçı Hissin (Röya Məmmədova) “İstəmirəm” adlı hiti yutubdan silinib.
OLAY-ın əldə etdiyi məlumata görə, mahnının söz və musiqisini yazan, reper Aslixan müəllif hüquqları ilə bağlı sözügedən platformaya müraciət edib.
Onun şikayəti əsasında həmin ifa yutubdan silinib. Hiss 2019-cu ildə sözügedən bəstə üçün ödəniş etsə də, Aslixan ondan yenə qonorar istəyib.
Yalnız ona ödəniş edilsə, şikayətini geri çəkəcəyini bildirib.
Qeyd edək ki, Hiss bir müddət əvvəl KİV-ə açıqlamasında “İstəmirəm”i bələdçi (hostes) işlədiyi vaxtlarda maaşını yığaraq aldığını söyləmişdi.