İsveçli pop qrupu ABBA İsveç hökumətinin yenilənmiş mədəni irs siyahısına daxil edilməyib.
OLAY yazır ki, bu barədə Reuters məlumat yayıb.
Siyahıya ölkə mədəniyyətinə təsir göstərmiş sənət xadimləri və əsərlər, müxtəlif institutlar və məhsullar daxil edilib: 1957-ci il Ingmar Bergman filmi “Yeddinci möhür”, uşaq kitabları seriyasından qəhrəman Pippi Uzuncorab, Nobel mükafatı, mebel şirkəti IKEA.
ABBA-nın siyahıya düşməməsinin səbəbi isə ondan ibarətdir ki, orada yer alan hər şey 50 ildən köhnə olmalıdır.
Siyahının tərtib olunması, İsveçin sağ-mühafizəkar hökumət koalisiyasının seçki proqramının bir hissəsi olub. Nobel mükafatını təqdim edən İsveç Akademiyası isə siyahını tənqid edib.