Film / Serial
Film / Serial

Menopauzada olan qadınlar üçün maddi yardım istədi

Menopauzada olan qadınlar üçün maddi yardım istədi

Amerikalı aktrisa Helli Berri Kaliforniya ştatının qubernatoru Qevin Nyusomdan menopauza dövründə olan qadınlara maddi yardım göstərilməsini xahiş edib.

OLAY yazır ki, bu barədə TMZ xəbər verib.

O, hazırda qubernatorun baxışında olan müvafiq qanun layihəsini dəstəkləyib. Sənəddə menopauza dövründə qadınlar üçün əlavə tibbi sığorta nəzərdə tutulur - əgər qanun qəbul edilərsə, tibbi planlar bu dövr ilə bağlı müalicəni də əhatə edəcək.

Berrinin sözlərinə görə, müəyyən yaşa çatmış və bioloji keçid dövrünü yaşayan qadınlar digər qadınlarla eyni qayğıya layiqdirlər. O, menopauza dövründə sağlamlığın qorunmasını əsas insan hüquqları məsələsi adlandırıb.

Bundan əlavə, sənəddə həkimlər üçün menopauza ilə bağlı əlavə hazırlıq proqramları da nəzərdə tutulur. 2024-cü ildə Nyusom oxşar tədbirə veto qoymuşdu, lakin nəşrin yazdığına görə, qanunun yenilənmiş versiyasının qəbul ediləcəyi gözlənilir.