Olay
Olay

Miri Yusif Türkiyədəki villasını satdı

Miri Yusif Türkiyədəki villasını satdı

Bir müddət öncə Azərbaycana köçən Xalq artisti Miri Yusif Türkiyədəki evini satdığını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi “Xəzər axşamı”na danışıb.  İfaçı vurğulayıb ki, ailəsi birdəfəlik Bakıya gəlib:

“Mən Bakını heç vatx tərk etməmişdim. Bu Xalqın artistiyəm. Sadəcə uşaqlar orada təhsil alırdı, indi buradadılar. Düşündü ki, uşaqlar Azərbaycan vətəndaşı olduğu üçün bura daha çox lazımdır. Evi də satdım ki, hər şey bahalaşıb, zamanımız da azalıb. Qocalırıq.... Biznes nədir? Mənim ruh əkizlərim buradadır. Sizi qoyub hara gedirəm?”.

Qeyd edək ki, o, ailəsi ilə Kuşadasında yaşayırdı.