Gənc müğənni Aleyna Tilkinin ilk albomu ”Kırlar”yayımlanıb.
OLAY yazır ki, “Apple Music Global” platformasında “Pop” kateqoriyasında üz qabığında olub.
Daha əvvəl bu yer Taylor Sviftə məxsus idi. Bu hadisə həm xarici media platformalarında paylaşılaraq, həm də Türkiyə və xaricdəki fanatlar arasında böyük rezonans doğurub.
Alboma daxil olan ”Bitti” adlı mahnı da klipi ilə birlikdə təqdim olunub. Klip təbiət və peri konsepti üzərində qurulub. Çəkilişlərin Göcekdə gizli bir göldə baş tutduğu məlum olub. Stilist, kristal detallı ətəyi və sarmaşıq bəzəkləri birbaşa Aleynanın üzərində tətbiq edərək çəkiliş zamanı dizayn edib.