Müğənni Yaşar Cəlilov yeni mahnısını təqdim edib.

OLAY yazır ki, o, mərhum sənətkar Rüfət Mehdiyevin repertuatından “İl keçdi” mahnısına yeni nəfəs verib. Müğənni ifa üçün mərhum sənətkarın ailə üzvlərinin də xeyir duasını alıb. Qeyd edək ki, “İl keçdi” mahnısının sözləri mərhum İsmayıl Dadaşova, musiqisi isə əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə məxsusdur.

Vaqif Gərayzadə yetirmələrindən olan Yaşar Cəlilov məhz müəlliminin razılığı ilə bu mahnıya müraciət edib. Mahnının yeni aranjmanı bəstəkar Tərlan Məmmədhüseynova məxsusdur. Ekran işini Ali Farhad ərsəyə gətirib. Yaşar Cəlilovun ifasında “İl keçdi” mahnısı artıq müğənninin rəsmi youtube səhifəsində və bütün musiqi platformalarında yayınlanır.