Dekabr ayında çəkilişlərinə başlanılacaq olan “Doc” serialının Türkiyə uyğunlaşdırması ilə bağlı pərdəarxası maraqlı bir məlumat yayılıb.
OLAY yazır ki, “Mevsim" obrazını canlandıracağı deyilən Alina Bozun layihədən ayrıldığı öyrənilib.
Onun yerinə gələcək simanın isə Sıla Türkoğlu olacağı danışılır.
“Doc”un rejissoru olacaq Ketche ilə Sıla Türkoğlu daha əvvəl “Kızılcık Şerbeti” serialında birgə çalışıblar.