Müğənni Elçin Cəfərovun “Sənsiz gecələr” adlı yeni mahnısı trendə düşüb.
OLAY yazır ki, sənətçinin rəsmi “YouTube” kanalında yayımlanan nəğmə qısa zamanda 65 min izlənmə ilə trendin 28-ci pilləsində qərarlaşıb.
Bundan əlavə bəstə “TikTok” video platformasında da viral olub.
Dinləyicilər ifaya böyük maraq göstərib və ona çəkilən minlərlə video sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, mahnının sözləri Orxan Mürvətli və Tural Xaniyə, musiqisi isə Elçin Cəfərovun özünə məxsusdur.