Xalq artisti Aygün Kazımovanın “Best of Aygun - All Stars” albomu maraqla qarşılanıb.

OLAY yazır ki, layihədə yer alan ifaçılardan biri müğənni Rəsul Əfəndiyevdir. Rəsul bu layihə üçün pop ulduzun hit mahnısı “Yenə tək”i seçib. Sənətçi mahnını özünəməxsus tərzdə səsləndirib.

Rəsul “Yenə tək” üçün kamera qarşısına keçərək klip də çəkdirib. 48 saat davam edən çəkilişlərdə süni yağışdan istifadə olunub. Klipin rejissor işi Delee Orucluya həvalə olunub.

Qeyd edək ki, “Yenə tək” mahnısının sözləri meyxanaçı Namiq Qaraçuxurluya, musiqisi isə Minayə İbrahimovaya məxsusdur.