Türk müğənni və aparıcı seda Sayan gəlinini verilişində qonaq edib.
OLAY yazır ki, o aparıcısı olduğu verilişə oğlu Oğulcan Enginin aktrisa sevgilisi İlayda Alişanı dəvət edib.
Ana-oğul münasibətlərindən danışan Sayan oğluna qarışmadığını, həmişə onun fikrini aldığını, birlikdə çox əyləndiklərini söyləyib. İlayda isə onun bu fikirlərini təsdiqləyərək onların ana-oğuldan daha çox dost kimi olduqlarını bildirib.