Rok ifaçısı Mərdan Kazımov paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, müğənni instaqram səhifəsində yeni klipinin çəkilişlərindən lentə alınan görüntüləri yayımlayaraq fonoqram oxuya bilmədiyi yazıb.
“Klip çəkilişlərində də fonoqram oxuya bilmirəm. Mahnının üstündə studio necə oxumuşamsa, eynisini oxuyuram. Artistlik edəndə ağzım, gözüm əyilir, çox bəlli edirəm”, - deyə, Mərdan vurğulayıb.
Kadrlarda ifaçının Xalq artisti Polad Bülbüloğlunun repertuarında yer alan və dillərdə əzbər olan “Gəl, ey səhər” mahnısını rok tərzdə səsləndirməsi əks olunub.
Qeyd edək ki, M.Kazımov Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ilə ailəlidir.