Kayli Cenner rəsmi şəkildə musiqi karyerasına başlayıb.
OLAY yazır ki, o Terror Jr qrupunun “Fourth Strike” adlı mahnısında qonaq ifaçı kimi yer alıb. Cenner, mahnıya göndərmə edərək 2014-cü ildə istifadə etdiyi “King Kylie” təxəllüsünü yenidən gündəmə gətirib və bu adla yeni sinqlını yayımlayıb. Mahnı çıxandan qısa müddət sonra o Heyli Biber ilə birlikdə Los-Ancelesdə gecə gəzintisində görüntülənib. Kayli, həmin dövrdən ilhamlanan dəri şalvar və yaşıl tonlu saçları ilə diqqət çəkib.
