Müğənni Aysun İsmayılova efirdə göz yaşı töküb.
OLAY yazır ki, “Tarixin bir günü” verilişində qonaq olan ifaçı anası Rəqsanə İsmayılovadan danışarkən bunları deyib:
“Mən çox çətin dönəmdən keçirəm. Söz vermişdim ki ağlamayacam. Güclü olmağa çalışıram, çünki inanıram ki hər şey yaxşı olacaq. Bu həyat bir sınaqdır, betərin betəri var. Allahıma şükür edirəm və təşəkkür edirəm, yaşatdığı hər şey üçün. Demək ki, bir bildiyi var. Buradan ona demək istəyirəm ki, səni çox sevirəm. Bilirəm ki izləyir. Güclü ol. Hər şey çox yaxşı olacaq”.