Müğənnilər Şəbnəm Tovuzlu ilə Mətanət Əsədova arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, bu barədə M. Əsədova “Rəngarəng”də danışıb. Şəbnəmin fotosunu görən sənətçi qalmaqallı fikirlər səsləndirib:

"Düzünü bilmək istəyirsənsə, ondan zəhləm gedir. Çıxsın nə deyir desin. On qat cavabını alar. Əgər bir insan səndən böyükdürsə, 100 il də mahnı oxuya, tamaşaçı toplaya bilərsən, 3-5 manat kiməsə verə bilərsən, baxış sayın da çox ola bilər. Trenddir-brenddir, bilmirəm. Amma başından böyük danışarsansa, başını idarə edə bilmirsənsə, mən bilirəm necə edərlər. Mətanət Əsədova sadəlik, insanlıq edirsə, məclisdə sahibinin xatirinə susursa, səsini kəs. Əsəbləşməyim, kiminsə ürəyin qırmayım deyə, oradan çıxıb gedə bilərəm. Mən həkim deyiləm, cərraham, kəsirəm. Bunları ümumiyyətlə deyirəm, xoşum gəlməyən adam haqqında danışmaq istəmirəm. Onun adını çəkmirəm. Adını çəkən də, şəklini qoyan da Zaurdur. Nə qədər vaxtdır, efirdə yoxam. Mən iş görən deyiləm, ancaq oxuyuram. İnsan danışığını, hərəkətini bilməlidir. Mənim itirəcək heç nəyim yoxdur, evimdə uşaq gözləmir, atam-anam baxıb xiffət etmir, həyat yoldaşım demir ona nəsə olsa neyləyəcəyəm. Mən tək yaşayıram. Qayda-qanunla danışıram, mənə kiminsə hədə-qorxusu maraqlı deyil”.

Bundan sonra Şəbnəm Zaur Nəbioğluna mesaj yazaraq Mətanətə cavab verib:

“Həqiqətən çox təəccübləndim. Mən nə etmişəm? Həmişə hörmətini saxlamışam. İkinci dəfədir belə deyir, açıqlasın görüm nə etmişəm. Cavab verəsi deyiləm, lazım olar gələr, üzünə deyib. Fikrimi bildirərəm. Nə ixtiyarla haqqımda bu cür danışır?!”.

Zaur isə hadisənin jurnalist İsa Şükürovun ad günündə baş verdiyini, yanaşı oturan ifaçılardan Ş. Tovuzluya zəng gəldiyini və telefonda səsləndirdiyi fikrin Əsədovanın xətrinə dəydiyini söyləyib.