Xalq artisti Röya Ayxan növbəti dəfə səhnə tərzi ilə diqqət çəkib.
OLAY yazır ki, ifaçının Heydər Əliyev adına Sarayda baş tutan dünənki möhtəşəm konsertində geyindiyi libas məşhur “Rasario” markasına məxsusdur.
Brendin rəsmi instagram səhifəsində Röya Ayxanın konsertdən görüntüləri paylaşılaraq bu qeydlər edilib:
“Bütün varlıq. Bütün güc. Röya Ayxan tam “Rasario” qüvvəsi ilə səhnəyə çıxır. Konstruksiya, forma və imza həcmi ilə məkanı müəyyən edən krep və atlaz siluet”.
Qüsursuz siluet, konstruktiv forma və zərif atlaz parça ilə seçilən bu libas Röya Ayxanın güclü səhnə obrazını daha da vurğulayıb. İfaçının enerjisi və xarizması markanın estetik fəlsəfəsi ilə vəhdət təşkil edib. Paltarın qiyməti isə 3500 dollardır.