Xalq artisti Röya Ayxan Heydər Əliyev sarayında baş tutan konsertindəki çıxışı ilə diqqət çəkib.

OLAY yazır ki, estrada ulduzu ad çəkmədən keçmiş həyat yoldaşı Anar Cəlilovdan bəhs edib.

“Mən də vaxtilə xəstə idim. Sonra onu siz xəstə etdiniz. Nə günə qoydunuz adamı. Bildiniz də, kimi deyirəm. Vaxtında getmişəm, indi bir dəlinin əzabını çəkirik, onda iki dəli yan-yana, gəl ay qonşumun qızı olacaqdı. Bəlkə də mən onu dəli eləmişəm e”, - deyə, Röya Ayxan bildirib.

Qeyd edək ki, estrada ulduzunun keçmiş həyat yoldaşı Anar ötən aylarda TikTok-da canlı yayımlara başlayıb. O, bu günlərdə isə müğənnilik fəaliyyətinə başladığını açıqlayıb.