Musiqi
Musiqi

Azərbaycanlı müğənnidən fərqli layihə

Azərbaycanlı müğənnidən fərqli layihə

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Səidə Quliyeva yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi musiqisi Fərdi Tayfura, sözləri Fərdi Tayfur və Əhməd Selçuk İlkana məxsus “Geçen yıl” (Keçən il) adlı mahnısını ekranlaşdırıb.

Səidə sözügedən ekran işi ilə bağlı bunları deyib: 

“Bu mahnı vasitəsilə muasir pop musiqisi ilə Fərdi Tayfurun enerjisini birləşdirib, çox gözəl bir iş ərsəyə gətirdik. Layihəm bütün Fərdi Tayfur sevənlərə ərmağan olsun”.

Sözügedən klip bütün rəqəmsal musiqi platformalarında, eyni zamanda müğənninin rəsmi “Youtube” kanalında da yayımdadır.