Musiqi
Musiqi

Növbəti Avroviziya hansı şəhərdə keçiriləcək?

Növbəti Avroviziya hansı şəhərdə keçiriləcək?

İsveçrədə beynəlxalq “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhərin Sürix olacağı bildirilir.

OLAY yazır ki, bununla bağlı meriya məlumat yayıb.

Şəhərin meri Korin Mauch bildirib ki, Sürix inkişaf etmiş nəqliyyat infrastrukturuna və tədbir üçün lazımi məkana malikdir və eyni zamanda “Avroviziya” kimi “rəngli və canlı”dır.

Müraciət təsdiq olunarsa, yarış İsveçrənin ən böyük qapalı arenası olan 15 000 nəfərlik “Hallenstadion” stadionunda keçiriləcək. Sürix Sərgi Zalı stadionun yanında yerləşir və əlavə məkan ola bilər.