Fotosessiya
Fotosessiya

Oğlu sevgilisinə qar kürəsində evlilik təklif etdi

Oğlu sevgilisinə qar kürəsində evlilik təklif etdi

Məşhur aktrisa Perihan Savaşın oğlu Savaş Zafer evlilik yolunda ilk addımı atıb. 

OLAY yazır ki, o, sevgilisi Melis Ketenciye evlilik təklif edib. Savaşın evlilik təklifi üçün hazırlığı isə xüsusi maraq doğurub. 

Belə ki, o, Melise bir qar kürəsinin içində evlilik təklif edib. Cütlüyün görüntülərini P.Savaş sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Savaş aktrisanın 1995-ci ildə vəfat edən həmkarı Yılmaz Zafer ilə evliliyindən dünyaya gəlib.