Fotosessiya
Fotosessiya

Xeyriyyə fondundan pul oğurlamaqda ittiham olunan Kempbelldən açıqlama!

Xeyriyyə fondundan pul oğurlamaqda ittiham olunan Kempbelldən açıqlama!

Öz xeyriyyə fondundan pul oğurladığı iddialarından sonra reputasiyası təhdid altında olan dünyaca məşhur supermodel Naomi Kempbell, ona tələ quranın adını açıqlayıb.

OLAY yazır ki, bu barədə 54 yaşlı podium ulduzu “Financial Times” nəşrinə danışıb. 

Kempbellin sözlərinə görə, “Fashion for Relief”də fırıldaq əməliyyatlarını onun köməkçisi, “Renaissance Capital”ın menecerin keçmiş arvadı Bianka Hellmi həyata keçirib.

Naomi bildirib ki, o, Hellmi ilə Londonda tanış olub və burada boşandıqdan sonra Rusiya vətəndaşlarına da xidmət göstərən “Gherson Solicitors” firmasında vəkil işləyib. Həmin vaxt model rusiyalı oliqarx Vladislav Doronindən ayrılıb və Moskvadakı mənzilindən əşyalarını geri qaytarmağın yolunu axtarıb. Tezliklə Bianka Naominin etimadını o qədər qazanıb ki, uşaqları üçün dayələr tapıb, sonra onu modelin fondu üçün İngiltərədə nümayəndəlik açmağa razı salıb.

Tənqidçi Zinaida Pronçenko “Telegram” kanalında Naominin açıqlamasını bu sözlərlə şərh edib:

“Sonra Kempbellin xəbəri olmadan Kaymanlarda və “Men” adasında hesablar peyda olub və sonra lüks paltarların satışından əldə edilən pullar Ebola xəstələri və ya zəlzələ qurbanlarından başqa bir şeyə xərclənməyə başladı”.

Hüquq-mühafizə orqanları Naominin fondu ilə maraqlandıqdan sonra Hellmi “Gmail”də saxta Kempbell hesabı yaradıb, elektron poçt ünvanında modelin adından bir hərfi çıxarıb və saxtakarlığı fərq etməyən onun adından vəkillərlə yazışıb. Bu ittihamlara cavab olaraq, Bianka Hellmi özü bildirir ki, Kempbell günahı onun üzərinə atmağa çalışır, əslində isə model üçün işlədiyi on il ərzində dəhşətli rəftardan əziyyət çəkib.

Qeyd edək ki, 2024-cü ilin yazında Naomi Kempbell beş il müddətinə özünün “Fashion for Relief” xeyriyyə fondunu idarə etməkdən uzaqlaşdırılıb. Xeyriyyə Komissiyası modeli, fonda daxil olan vəsaitin yalnız 20%-ni yoxsulların həyat şəraitinin yaxşılaşdırılmasına xərcləməkdə ittiham edib. Qalan pulları Naomi dəbdəbəli yaşamağa - şəxsi uçuşlara, bahalı otellərə xərcləyib. Kempbell heç bir maliyyə fırıldaqçılığı və xeyriyyə təşkilatının fəaliyyətinə nəzarət etmədiyini bildirib. Podium ulduzunun sözlərinə görə, o, idarəçiliyi hüquqşünaslara və tərəfdaşlara təhvil verərək, fondun işlərində praktiki olaraq iştirak etməyib.

Model qalmaqallı məsələ ilə bağlı məhkəməyə müraciət edib. O bildirib ki, fondun vəsaitlərinin mənimsənilməsinə görə məsuliyyət daşımalı olan o deyil, Hellmidir. 2025-ci ilin fevralında vurğulanıb ki, Kempbell məhkəmədə xeyriyyəçiliklə bağlı qadağaya etiraz etmək və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək niyyətindədir.