Fotosessiya
Fotosessiya

Mila Yovoviçin özünə bənzər qızı obyektiv qarşısında

Mila Yovoviçin özünə bənzər qızı obyektiv qarşısında

Əslən Ukraynalı Hollivud aktrisası Milla Yovoviçin böyük qızı Ever Anderson “Self Service” dərgisinin yeni buraxlışının siması olub 

OLAY yazır ki, 17 yaşlı model çəhrayı “Alaia” markasına məxsus transparan libasda obyektiv qarşısına keçib. 

Kadrları Everin xaç atası və ailəsinin yaxın dostu olan moda fotoqrafı Kris Brenner çəkib.

İzləyicilər üz qabığını bəzəyən Everi anası Milla Yovoviçə bənzədiblər. 

Onlar Andersonun fotosunun altına “Sən Millanın gənc versiyasısan, bir qabda iki noxud kimi”, “Necə ola bilər ki, anasının klonu olub?”, “Milla olduğuna əmin idim”, “The Fifth Element”i yenidən çəksələr, sən ananı oynamalısan” sözlərini yazıblar.

Qeyd edək ki, Ever Anderson Milla Yovoviç və onun üçüncü əri, rejissor Pol Andersonun böyük qızıdır. Onlar 2009-cu ildən evlidirlər və toydan əvvəl yeddi il görüşüblər. Everin iki bacısı var: Daşiel və Oşin. Yovoviç əvvəllər aktyor Şon Endryus və rejissor Luc Bessonla evli olub.