Fotosessiya
Fotosessiya

Şeyk qızı ilə gəzintidə

Şeyk qızı ilə gəzintidə

Rio-de-Janeyroda karnavalda iştirak etdiyi Braziliyadan bir müddət əvvəl Nyu-Yorka qayıdan dünyaca məşhur rus əsilli supermodel İrina Şeyk qızı Lea ilə görüntülənib.

OLAY yazır ki, ana və bala gəzinti zamanı paparatsiyaların obyektivinə tuş gəlib.

Gəzinti üçün model təsadüfi görünüş seçib: geniş tünd şalvar, bəbir printli sviter, qara “oversize” gödəkçə və gün eynəyi.

Qucağında podium ulduzu, Fıstıq adlı itini tutub. 

Yeddi yaşlı Leya isə çiçəkli paltar, tozlu çəhrayı rəngli gödəkçə, yaşıl “tayt” və qəhvəyi çəkmələr geyinib.

Qeyd edək ki, İrina Şeyk və Hollivuk aktyoru Bredli Kuper 2019-cu ildə ayrılıblar, lakin yaxşı münasibət saxlamağı bacarıblar və qızlarını birlikdə böyüdürlər, onunla növbə ilə vaxt keçirirlər. Boşandıqdan sonra aktyor supermodel Cici Hadidlə, İrina isə Tom Bredi ilə görüşməyə başlayıb. Kuper və Hadidin münasibətləri sürətlə inkişaf edir və mənbələrin sözlərinə görə, Kuper, hətta Hadidə evlilik təklifi etməyi planlaşdırır və onu artıq Leya ilə tanış edib.