Fotosessiya
Fotosessiya

Aiseldən sürücülərə müraciət!

Aiseldən sürücülərə müraciət!

“Avroviziya” təmsilçilərimizdən olan bəstəkar və müğənni Aisel (Aysel Məmmdova) paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, heyvansevərliyi ilə seçilən sənətçi son günlər paytaxta müşahidə olunan qarlı və şaxtalı hava ilə bağlı küçə heyvanlarının (it, pişik – red.) isinmək üçün avtomobillərin altında yerləşən motor hissəsinə girməsi və orada qalması səbəbi ilə sürücülərə instaqram səhifəsi vasitəsi ilə müraciət ünvanlayıb.

“Avtomobilinizi işə salmazdan əvvəl zəhmət olmasa əmin olun ki, maşının altında pişik və ya it gizlənməyib. Çünki bu soyuq havada onların yeganə xilas edən istilik verən motordur”, - deyə Aisel vurğulayıb.