Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen oğulları Keremə doğum günü keçiriblər.
OLAY yazır ki, bununla bağlı Burak və Fahriye instaqramda paylaşım ediblər.
2 yaşı olması münasibəti ilə valideynlər dinozavrları sevən övladlarına “Yura” dövrünün atmosferini yaradıblar.
Onlar kiçik oğulları üçün fırlanan elementləri olan parlaq “3D” tort sifariş ediblər.
Kompozisiyada dinozavrlar, vulkanlar və vəhşi təbiəti canlandıraraq, bütöv bir tarixdən əvvəlki dünya əks olunub.
Fahriye həmin paylaşımına “Kərəm, oğlum! “Mənim qiymətlim... Mən səni çox sevirəm” şərhini yazıb.
Qeyd edək ki, cütlüyün Keremdən savayı Karan adlı daha bir oğlan övladı var.