Fotosessiya
Fotosessiya

Hadisənin ağ və xardal rəngli “look”u

Hadisənin ağ və xardal rəngli “look”u

Türkiyənin məşhur pop ulduzu Hadisə yeni fotoları ilə “hadisə” yaradıb.

OLAY yazır ki, səhnə geyimlərinə xüsusi önəm verən sənətçi bu dəfə iki fərqli “look”da obyektiv qarşısına keçib.

Hadisənin birinci “look”u ağ rəngdə olub. İfaçı gümüşü rəngli büstqalter üzərinə isə ağ uzun pencək geyinib. 

Pop ulduz bu görünüşünü baldırına qədər uzanan eyni rəngdə çəkmələrlə tamamlayıb. 

Müğənninin digər səhnə obrazı da maraqlı olub. Belə ki,

Hadisə xardal rəngində uzun “oversize” pencək və eyni rəngdə uzun çəkmə ilə tərzinə dəbdəbəli hava qatıb. 

Hər iki geyimində Hadisə saçlarını çiyninə atıb və sadə makiyaj etdirib.