Fotosessiya
Fotosessiya

Morqenştern narkotik təbliğatında ittiham olunur

Morqenştern narkotik təbliğatında ittiham olunur

Rusiyanın məşhur repçisi Alişer Morqenştern narkotik təbliğatında ittiham olunub. 

OLAY yazır ki, bu barədə TASS Naberejnıye Çelnı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, kliplərində musiqiçinin sinəsində “çətənə kimi görünən” bitki olduğu iddia edilib. İnzibati Xətalar Məcəlləsinin 6.13-cü maddəsinə əsasən, onu 1,5 milyon rubla qədər cərimə və ya 90 günlük fəaliyyətini dayandırmaq gözləyir.

Sənətçinin vəkili Sergey Jorinin sözlərinə görə, bəyanat ilk olaraq Morqenşternin mahnıları haqqında yazılsa da, ekspertiza onlarda narkotik təbliğatı tapmayanda, döymə barədə iddia qaldırıblar.