Dünya pop səhnəsinin ulduzu Beyonse avqust ayında “Moët Hennessy” ilə ortaq şəkildə təqdim etdiyi viski markasının reklamına çəkilib.
OLAY yazır ki, klassik Hollivud kinosu üslubunda hazırlanmış reklam çarxının çəkilişləri Parisin 8-ci rayonunda, Yelisey çöllərindən çox da uzaq olmayan beşulduzlu, lüks “Plaza Athénée” otelində aparılıb.
Reklam videoçarxında Eyfel qülləsinin dəbdəbəli otağın pəncərəsindən kənarda gecələr işıqlandığını görə bilərsiniz.
Beyonsenin əri Cey Zi ilə reklam çarxında rol alıb. Müğənni əfsanəvi aktrisa və müğənni Merilin Monronun obrazında görünüb. Beləki pop ulduz, Merlin kimi saç düzümündə parik taxıb və dərin dekolteli dar qızılı don geyinib.
Cey Zi qara üç parçalı smokinq geyinib.
Qeyd edək ki, Beyons və Cey Zinin adı hazırda insan alveri və fahişəlik ittihamı ilə həbs olunan repçi Pi Diddi ilə bağlı qalmaqalda hallanır. Fakt budur ki, ulduz həyat yoldaşları pul və ya musiqi müqavilələri müqabilində qadın və kişilərin cinsi köləliyinə cəlb olunduğu Diddinin məclislərində iştirak ediblər. Repçinin qonaqlarının heç də hamısı qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb.